Əbdürəhim bəy Haqverdiyev

Əbdürəhim bəy Haqverdiyev

(1870- 1933)

Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi (1932).

1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində almış, sonra Şuşa realnı məktəbində oxumuşdur (1881-1890).

Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. 

Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır.

1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamasalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901), «Ağa Məhəmməd Şah Qacar» faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. Dünya dramaturgiyasının bir sıra gözəl nümunələrini Azərbaycan dilinə tərcümə edib. Həm rejissor, həm dramaturq, həm də bacarıqlı teatr işi təşşkilatçısı – truppa rəhbəri kimi Azərbaycan teatrının formalaşmasında mühüm rol oynayıb. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və «Molla Nəsrəddin» jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib.