21 oktyabr 2024-cü il
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin Gəncədə səyyar iclası keçirildi.
21 oktyabr 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin Gəncədə səyyar iclası keçirildi. Gəncə Dövlət Dram Teatrı tərəfindən səmimi qarşılanan qonaaqlar iclasdan əvvəl teatrın binasına, zal, foye və otaqlara baxdılar, Gəncə Teatr Muzeyinə ekskurs etdiər.
İttifaqın Sədri, Xalq artisti Hacı İsmayılovun, sədr müavinləri - Xalq artisti İlham Namiq Kamalın, Əməkdar artist Azad Şükürovun, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyovun, Məsul katib Aida Qafarovanın, Təftiş Komissiyasının sədri, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin, hüquqşünas Könül Ələkbərovanın, Gəncə Dövlət Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı və Şəki Dövlət Dram Teatrı nümayəndələrinin iştirakı ilə keçirilən iclas teatrın Konfrans zalında baş tutdu.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açdı.
O, Azərbaycan teatrlarının bugünki vəziyyətindən, uğurlarından, problemlərindən danışdı, Gəncə Teatrının beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməsini vurğuladı. Teatra uğurla rəhbərlik edən direktor Aqil Bəhramlı İttifaqın "Teatr Xadimi" medalı ilə təltif olundu. Aqil Bəhramlı ona göstərilən diqqətə görə İttifaqa dərin minnətdarlığını bildirdi, qarşıda duran həlli vacib məsələlərdən danışdı.
İclada çıxış edənlər - İlham Namiq Kamal, Azad Şükürov, Mərahim Fərzəlibəyov, Valeh Kərimov, Gəncə Teatrının ədəbi hissə müdiri Anar Bürcəliyev, Şəki Teatrının baş rejissoru Mirbala Səlimli, Mingəçevir Teatrın aktrisası, Xalq artisti Ella Yaqubova, aktrisa Könül Hacıyeva və digərləri teatrlarda olan müxtəlif məsələlər haqqında fikir mübadiləsi apardılar, problemləri müzakirə etdilər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.