24 may 2025-ci il
Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasına iclası keçirilib
Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasına üzv ölkələrin Teatr İttifaqları nümayəndələrinin iclası keçirilib. İclasda Azərbaycan, Rusiya, Moldova, Qazaxstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov və İttifaqın İdarə heyətinin üzvü İlham Əsgərov iclas iştirakçılarını salamlayaraq onlara xoş arzularını bildirib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından və Azərbaycan Teatr Xadimləri İttifaqı adından Konfederasiyaya hədiyyələr təqdim ediblər.
İclasda Konfederasiyaya daxil olan Teatr İttifaqlarının fəaliyyəti məsələlərinə baxılıb, beynəlxalq qarşılıqlı əməkdaşlığın inkişafına yönələn təkliflər irəli sürülüb.
Toplantıda ölkəmizi təmsil edən Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov Azərbaycanın qarşlıqlı mədəni əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.