4 mart 2025-ci il
"BAXIŞ - 5" festivalı başladı
04 mart 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının "BAXIŞ - 5" festivalı başladı. 4 gün davam edəcək festivalda laboratoriyalarda hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.
4 gün davam edəcək festivalda laboratoriyalarda hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.
Giriş sözü ilə tədbiri İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov açdı. O, keçirilən festivalın əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar arzuladı.
Sonra festivalın ilk tamaşası - "Motsart və Salyeri" (Aleksandr Puşkin) təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Anar Atakişiyevdir. Rolları Əli Nurzadə və Məhəmməd Gülmalıyev ifa etdilər. Tamaşa maraq və alqışlarla qarşılandı.