2004-2009-CU ILLƏRDƏ AZƏRBAYCAN TEATR XADİMLƏRİ İTTIFAQININ KEÇİRDİYİ TƏDBİRLƏR
| 1 iyun 2004 – |
Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Xeyriyyə tədbiri. A.M.Şərifzadə adına Aktyor evində «Günay» teatr studiyasının «Mikki-maus» şou-müziklinə baxış. |
| 9 sentyabr 2004 – |
Eston Respublikasının Vilyandi şəhərinin «Uqala» Dram teatrının yaradıcı heyəti ilə görüş. |
| 25 oktyabr 2004 – |
xalq artisti Barat Şəkinskayanın 90 illiyinə həsr olunmuş anma günü. |
| 29 oktyabr 2004 – |
xalq şairi, dramaturq, Dövlət mükafatı laureatı Nəbi Xəzri ilə görüş. |
| 20 dekabr 2004 – |
əməkdar artist Şəfiqə Qasımovanın 80 illiynə həsr olunmuş görüş. |
| 12 yanvar 2005 - |
məkdar artist Səməndər Rzayevin 60 illiyinə həsr olunmuş anma günü. |
| 27 yanvar 2005 – |
SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun qəbrüstü abidəsinin açılışı. |
| 10 mart 2005 – |
Azərbaycan Rəssamlarının «Səhnə üfüqləri» adlı Birinci Biyennal sərgisinin açılışı. |
| 10 mart 2005 – |
Azərbaycan Teatr günü. «Qızıl Dərviş» mükafatlarının, «Teatr Xadimi» medalının təqdimat mərasimi. |
| 21-28 mart 2005 – |
Rusiyada keçirilən «Bumborambiya-6» Beynəlxalq festivalında Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının rus bölməsinin İ.Əfəndiyevin «Məhv olmuş gündəliklər» tamaşası ilə iştirakı. |
| 23 may 2005 – |
sənətşünaslıq doktoru, professor Mahmud Allahverdiyevin anma günü. |
| 11 iyun 2005 – |
Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə yaradıcı gənclərin problemlərinə həsr olunmuş dəyirmi masa. |
| 14 sentyabr 2005 – |
SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Adil İsgəndərovun 95 illiyinə həsr olunmuş anma günü. |
| 10 oktyabr 2005 – |
əməkdar artist Vəfa Fətullayevanı anma günü. |
| 14-21 dekabr 2005 – |
«Boş məkanın dolğunluğu» teatr festivalı. |
| 14-21 dekabr 2005 – |
«Boş məkanın dolğunluğu» teatr festivalında göstərilən tamaşaların müzakirəsi. |
| 16 yanvar 2006-cı il – |
xalq artisti Ağakişi Kazımovun 70 illiyinə həsr olunmuş görüş. |
| 10 mart 2006-cı il – |
Azərbaycan Teatr günü. «Qızıl Dərviş» mükafatlarının təqdimetmə mərasimi. |
| 1-12 mart 2006-cı il – |
Bakı Kamera Teatrının 15 yaşı – «15 ən yaxşı tamaşa» adlı baxış. |
| 13 mart 2006-cı il – |
Bakı Kamera Teatrının tamaşalarının yekun müzakirəsi. |
| 29 may 2006-cı il – |
əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Elçin Məmmədovun 60 illiyinə həsr olunmuş xatirə günü. |
| 29 sentyabr 2006 – |
rəssam Lətifə Quluzadənin 60 illiyinə həsr olunmuş görüş. |
| 03 oktyabr 2006 – |
Xalq yazıçısı İlyas Əfəndiyevi anma günü. |
| 3 fevral 2007-ci il – |
Yaradıcı Gənclər Mərkəzi Laboratoriyasının hazırladığı Q.Səidin «Əli və Nino» əsərinin ilk tamaşası. |
| 10 mart 2007 – |
Gənc rejissorların «Yeni teatr» festivalının açılışı. Azərbaycan Teatr Günü. «Qızıl Dərviş» mükafatlarının və «Teatr Xadimi» qızıl medallarının təqdimatı. |
| 11-17 mart 2007 – |
«Yeni teatr» festivalı tamaşalarının nümayişi və müzakirələri. |
| 17 mart 2007 – |
«Yeni teatr» festivalının bağlanışı. |
| 3 iyun 2007 – |
«Çiçəyim» Uşaq teatrının «Qoğal» tamaşası (Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə). |
| 28 iyun 2007 – |
Dağıstan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi ilə görüş. |
| 18 sentyabr 2007 – |
Milli Musiqi Günü münasibətilə «Günay» uşaq studiyasının «Arşın mal alan» tamaşasının nümayişi. |
| 20 sentyabr 2007 – |
«Arşın mal alan» tamaşasının müzakirəsi və iştirakçılara TXİ diplomlarının təqdimatı. |
| 13-15 oktyabr 2007 – |
Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə Teatr Xadimləri İttifaqında görüşlər. |
| 24 oktyabr 2007 – |
xalq rəssamı Nazim Bəykişiyevin fərdi yaradıcılıq sərgisi. |
| 30 oktyabr 2007 – |
İrəvan Dövlət Dram Teatrının 125 illik yubileyi ilə əlaqədar teatrın aparıcı aktyorlarına «Teatr Xadimi» qızıl medalı və fəxri fərmanların təqdimatı. |
| 19 dekabr 2007 – |
«Günay» Uşaq studiyasının «Şelkunçik» tamaşasının nümayişi. |
| 25 dekabr 2007 – |
xalq artisti Ağababa Bünyadzadənin anma günü. |
| 28 yanvar 2008 – |
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladığı Sofoklun «Şah Edip» tamaşası. |
| 21 may 2008 – |
SSRİ xalq artisti Mehdi Məmmədovun 90 illiyinə həsr olunmuş anım cünü. |
| 2 iyun 2008 – |
Rusiya Federasiyasının xalq artisti, rejissor Aleksey Borodinlə yaradıcılıq görüşü. |
| 1 oktyabr 2008 – |
Azərbaycan Teatr Xadimləri İttifaqının «ZƏFƏR» teatr studiyasının ilk tamaşası – U.Şekspir «Afinalı Timon». |
| 6 oktyabr 2008 – |
SSRİ xalq artisti Firəngiz Əhmədovanın 80 illiyinə həsr olunmuş görüş. |
| 19 dekabr 2008 – |
Görkəmli pedaqoq, əməkdar artist Müxlis Cənizadənin 80 illiyi münasibətilə anım günü. |
| 10 mart 2009 – |
teatr plakatları sərgisinin açılışı. |
| 10 mart 2009 – |
Azərbaycan Teatr Gününə həsr olunmuş təntənəli tədbir. |
| 13 aprel 2009 – |
xalq artisti Kamal Xudaverdiyevin anma günü. |
| aprel-may 2009 – |
«Teatr baharı» - teatr tamaşalarına baxış. Baxışda Akademik Milli Dram Teatrı, Şuşa, Sumqayıt Dövlət Musiqili Dram teatrları, İrəvan Dövlət Dram Teatrı, Bakı Kamera Teatrı, «Zəfər» teatr studiyası iştirak etmişlər. |
| iyul 2009 – |
Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransı. |

