24 noyabr 2025-ci il
İttifaqın üzvlük biletləri təqdim olundu
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışan bir qrup sənətçiyə Teatr Xadimləri İttifaqının üzvlük biletləri təqdim olundu.
Səmimi şəraitdə keçən görüşdə çıxış edən İttifaq Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov İttifaqa yeni qəbul olunan üzvləri təbrik etdilər, gələcək fəaliyyətlərində uğurlar arzuladılar və İttifaqın həyatında daha aktiv iştirak etməyi tövsiyə etdilər.
Üzvluyə qəbul olunan sənətçilər İttifaqın rəhbərliyinə və kollektivinə dərin minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkilləri çəkildi.

