12 dekabr 2025-ci il
Mədəniyyət və incəsənət xadimləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mədəniyyət və incəsənət xadimləri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənətkarlar iştirak ediblər.
Mərasim iştirakçıları dahi şəxsiyyətin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

