1 fevral 2026-ci il
Aygün Mahmudovanın yubileyi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının geyim rəssamı Aygün Mahmudovanın yubileyi qeyd olunub. Akademik Milli Dram Teatrında keçirilən mərasimdə Aygün Mahmudova Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızılgül" və Akademik Milli Dram Teatrının "Yubiley" mükafatları ilə təltif olunub.
Mükafatları İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov təqdim ediblər.

