25 may 2026-cı il
Əməkdar artist Münəvvər Əliyeva mükafatlandırılıb
Azərbaycan Respublikasının Əməkdar artisti Münəvvər Əliyeva teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yubiley tarixi münasibəti ilə mükafatlandırılıb.
Akademik Milli Dram Teatrında keçirilən mərasimdə Münəvvər Əliyevaya Teatrın "Yubiley" mükafatı və Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızılgül" mükafatı təqdim olunub. Mükafatları Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov təqdim ediblər.
Çıxış edənlər aktrisanı təbrik edib, ona möhkəm can sağlığı, ruh yüksəkliyi, yeni yaradıcılıq uğurları arzulayıblar.

