>
previous arrow
next arrow
Slider
 
23 sentyabr 2019-cu il

Füzuli Dövlət Dram Teatrının kollektivi ilə görüş

Azərbaycan Teatr Xadimləri İttifaqı döyuş bölgələrində fəaliyyət göstərən teatrların şəraiti ilə tanış olmaq üçün 23 sentyabr 2019-cu il tarixdə Füzuli Dövlət Dram Teatrında oldu. Teatrın direktoru Vaqif Vəliyev və kollektiv İttifaq nümayəndələrini hörmət və ehtiramla qarşıladı.

Nümayəndələr teatrın fəaliyyəti ilə maraqlandı, kollektivlə səmimi söhbətlər, mövcud probemlərin həlli istiqamətində məsləhətləşmələr apardılar. Cəbhə bölgələrində fəaliyyət göstərən teatrlara yardım məqsədi ilə tamaşalarda və tədbirlərdə istifadə edilməsi üçün bir sıra səhnə geyimləri İttifaq tərəfindən Füzuli Dövlət Dram Teatrına hədiyyə edildi.

Teatrın direktoru Vaqif Vəliyev İttifaqın nümayəndələrini kollektivlə tanış etdi. Nümayəndə heyətinin başçısı, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Rafiq Əliyev çıxış edərək 31-ci mövsümün açılışı münasibəti ilə teatrın kollektivini təbrik etdi, Azəbaycan teatr sənətinin inkişafı naminə çətin şəraitdə çalışan kollektivə yeni yaradıcılıq uğurları arzuladı.

 

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı