6 mart 2025-ci il
"BAXIŞ - 5" festivalı davam edir
Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının "BAXIŞ - 5" festivalı davam edir.
Festivalın 3-cü günündə "Bir, iki, bizimki... (Kamal Abdulla) tamaşası göstərildi.
Tamaşadan əvvəl İttifaqın sədr müavini Azad Şükürov teatrsevərləri salamladı və hamıya xoş istirahət arzuladı. Qetd etdi ki, "Bir, iki, bizimki..." tamaşasının quruluşçu rejissoru İbrahim Nəcəfovdur. Rolları İlhan Sadıqov və Zəhra Hüseynova ifa edirlər.
Tamaşa alqışlarla qarşılandı.