7 mart 2025-ci il
"BAXIŞ - 5" feativalının sonuncu günü
Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının "BAXIŞ - 5" festivalı başa çatdı.
Festivalın sonuncu günündə "Kişi və qadın" (Əli Əmirli) tamaşası oynanıldı.
Tamaşadan əvvəl İttifaqın sədri Hacı İsmayılov və sədr müavini Azad Şükürov tamaşaçıları salamladılar, xanımları 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər, ən xoş arzularını bildirdilər. Sonra yaradıcı heyət təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Məhəmməd Verdiyev, ifaçılar Elçin Muradlı, Rəbbilə Ələkbərzadə və Vüqar Məmmədəliyevdir.
Tamaşadan sonra 4 gün davam edən festivalın nəticələri elan olundu.
Tamaşalara quruluş verən Anar Atakişiyev, Orxan Murtuzov, İbrahim Nəcəfov və Məhəmməd Verdiyevə diplomlar, ifaçılar Əli Nurzadə, Məhəmməd Gülmalıyev, Əzizə Əsgərova, Rövşən Zeynalov, Nihad İsgəndərli, İlhan Sadıqov, Zəhra Hüseynova, Elçin Muradlı, Rəbbilə Ələkbərzadə və Vüqar Məmmədəliyevə təşəkkürnamələr təqdim olundu.
Tədbirdə aktyor Vüqar Məmmədəliyev 50 illik yubileyi münasibəti ilə, jurnalist Aydın Ağazadə 70 illik yubileyi münasibəti ilə İttifaqın Fəxri fərmanları ilə təltif olundular. Sonda xatirə şəkli çəkildi.