10 fevral 2026-cı il
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri ilə görüşüb
Səmimi şəraitdə keçən görüşdə gələcək planlar müzakirə edilib. Anar Ələkbərov mədəniyyət xadimləri ilə görüşün hər zaman açıq dialoqa, tanışlığa və fikir mübadiləsinə imkan yaradan, səmimi və mehriban atmosferdə keçdiyini qeyd edib.
İdarə heyəti üzvləri mədəniyyətə, o cümlədən teatra göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Görüşdə yeni yaranmış Bakı Balacalar Teatrının aktyorları da iştirak edib. Onların ifasında kiçik səhnəcik təqdim edilib. Teatrın rəhbəri Natiq Fərzəliyev Bakı Balacalar Teatrına göstərilən dəstəyə görə təşəkkür edib.
Anar Ələkbərov gələcəkdə birgə layihələrin həyata keçirilməsi niyyəti ilə mədəniyyət xadimlərinə böyük yaradıcılıq uğurları arzulayıb. Sonda xatirə şəkilləri çəkilib.

