8 fevral 2026-cı il
Özbəkistan Respublikasının Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrının nümayəndələrilə görüşü
Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrının direktoru Paraxat Mamudov zəngin tarixi olan Azərbaycan və Özbəkistan mədəni əlaqələrindən, iki ölkə teatrlarının keçmişindən və bu günündən danışıb, gələcək əməkdaşlıq barədə məsələləri müzakirə ediblər.
Hacı İsmayılov qonaqları İttifaqın binası ilə, burada fəaliyyət göstərən laboratoriyalarla tanış edib. Qonaqlar kiçik səhnədə gənc aktyorların məşq prosesini izləyiblər.
Paraxat Mamudov yaxın gələcəkdə Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında əməkdaşlıq memorandumu imzalamaq arzusunda olduğunu bildirib. Sonda xatirə şəkilləri çəkilib.

