23 iyun 2025-ci il
Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri Lənkəranda
Tamaşadan əvvəl Teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, teatrın aktrisaları Şarud Mehdiyeva və Qızılgül Quliyeva yubileyləri münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "TEATR FƏDAİSİ" medalı ilə təltif olunublar.
Yubilyarlara medalları İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov təqdim edib. O, sənətçilərin yaradıcılıq yolundan, Azərbaycan teatr sənətindəki xidmətlərindən danışıb, onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər - Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Xalq artisti Qabil Quliyev, İttifaqın üzvü Sahib Novruzov yubilyarları təbrik edib, onlara daha böyük nailiyyətlər azulayıblar. Qızılgül Quliyeva və Şarud Mehdiyeva həmçinin Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran Teatrının rəhbərliyi tərəfindən də mükafatlandırılıblar. Təltif olunanlar onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.