15 iyun 2025-ci il
Amaliya Pənahova-80
Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın 80 illik yubileyi ilə əlaqədar sənətkarın məzarı ziyarət olunub.
Ziyarətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Kinematoqrafçılar İttifaqının, Akademik Milli Dram Teatrının, Bakı Bələdiyyə Teatrının nümayəndələri, aktrisanın sənət dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Amaliya xanımın zəngin ömür yolundan, onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən danışıb, sənətkarla bağlı xoş xatirələrini bölüşüblər.
Sonda ailə üzvləri adından Amaliya Pənahovanın övladı - Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova mərasimin təşkilatçıkarına və iştirakçılarına minnətdarlığını bildirib.
Allah rəhmət eləsin.