10 mart 2025-ci il
Milli Teatr Günü qeyd olunub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 10 mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil Kərimli tədbirdə çıxış edərək Milli Teatr Günü münasibəti ilə teatr xadimlərini təbrik edib.
Tədbirdə dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də iştirak edib. Gürcü qonaqlar Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" və "Teatr xadimi" medalları ilə mükafatlandırılıb.
Tədbirdə Bölgə teatrlarının Bakı premyeraları" layihəsinin iştirakçıları nominasiyalar üzrə mükafatlandırılıb, həmçinin milli teatrın inkişafındakı xidmətlərinə görə sənətçilərə Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının mükafatları təqdim edilib.