08 iyul 2017-ci il
Bəyanat
Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkənin teatr ictimaiyyəti işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması və insanların həlak olmasına öz mənfi münasibətini bildirərək dünya ictimaiyyətinə bəyanat qəbul etmişdir.
Azərbaycan torpaqlarına yiyələnmək məqsədi güdən işğalçı Ermənistan davamlı olaraq uşaq, qadın və ahılları hədəf seçməklə onların həyatını təhlükə altına alır. 4 iyul 2017-ci il tarixdə dünya ictimaiyyəti erməni vəhşiliyinin bir daha şahidi oldu. Heç bir hərbi məntəqənin olmadığı Füzuli rayonu, Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması Ermənistanın iyrənc siyasətinin növbəti bariz nümunəsidir. Alxanlı kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi nəticəsisində kənd sakini 50 yaşlı Allahverdiyeva Sahibə və onun 18 aylıq nəvəsi Quliyeva Zəhra düşmən gülləsinə tuş gələrək həlak olub, eyni zamanda 52 yaşlı Quliyeva Səlminaz ağır şəkildə yaralanıb: Ailənin yeganə övladı, 2 yaşı tamam olmayan Zəhra Elnur qızı Quliyevanın faciəli şəkildə həlak olması təkcə Azərbaycanda deyil, bütün dünyada geniş əks-səda doğurub.
Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkənin teatr ictimaiyyəti dünyanın bütün mötəbər qurumlarına, siyasət və mədəniyyət xadimlərinə müraciət edərək terrorçu Ermənistanın bu iyrənc əməlini pisləməyə çağırır.
İnanırıq ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər mötəbər təşkilatlar Ermənistanın bu vəhşiliyinə öz münasibətini bildirəcək, mülki əhalinin həyatı üçün təhlükə yaradan, soydaşlarımızı qətlə yetirən terrorçu Ermənistanın insan hüquqlarını pozduğu, çox sayda Azərbaycan vətəndaşlarının həyatına son qoyduğu bu vəhşiliyinə qarşı sərt tədbirlər həyata keçiriləcək.
Azərbaycan Teatr Xadimləri İttifaqı
Bakı şəhəri, 08 iyul 2017-ci il.