>
previous arrow
next arrow
Slider
 
23 sentyabr 2019-cu il

Füzuli Dövlət Dram Teatrının kollektivi ilə görüş

Azərbaycan Teatr Xadimləri İttifaqı döyuş bölgələrində fəaliyyət göstərən teatrların şəraiti ilə tanış olmaq üçün 23 sentyabr 2019-cu il tarixdə Füzuli Dövlət Dram Teatrında oldu. Teatrın direktoru Vaqif Vəliyev və kollektiv İttifaq nümayəndələrini hörmət və ehtiramla qarşıladı.

22 iyul 2019-cu il

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə  22 iyul 2019-cu il tarixdə AzTXİ-nın Gənclər sektorunun təqdimatında Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş keçirildi.

8 iyul 2019-cu il

Ağdam Dövlət Dram Teatrının kollektivi ilə görüş.

Azərbaycan Teatr Xadimləri İttifaqı döyuş bölgələrində fəaliyyət göstərən teatrların şəraiti ilə tanış olmaq üçün 8 iyul 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında oldu. Teatrın direktoru Məhəmməd Hüseynov və kollektiv İttifaq nümayəndələrini hörmət və ehtiramla qarşıladı.

25 fevral 2017-ci il

Hərbçilərlə görüş

25 fevral 2017-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrı nümayəndələrinin iştirakı ilə sərhəd qoşunlarının Türkanda yerləşən hərbi hissəsinin zabit və əsgər heyəti ilə görüş keçirilmişdir.

4 iyun 2015-ci il

«Qaçaq qocalar»tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşünü keçirmişdir.  

Azərbaycan Teatr Xadimləri İttifaqı 04 iyun 2015-ci il tarixdə Türkiyənin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalından qayıdan «Qaçaq qocalar» (müəllif Elçin Hüseynbəyli) tamaşasının yaradıcı heyətinin media nümayəndələri ilə görüşünü keçirmişdir.

27 oktyabr 2014-cü il

«BARAT – ŞİRİN BİR NAĞIL…» Xalq artisti Barat Şəkinskayanın qiraət yaradıcılığından seçmələr. 

Azərbaycan Teatr Xadimləri İttifaqı 2014-cü il oktyabr ayının 27-də saat 14.00-də böyük aktrisa, Respublikanın xalq artisti Barat xanım Şəkinskayanın 100 illiyinə həsr olunmuş «Barat – bir şirin nağıl…» adlı audiodiskin təqdimat mərasimini keçirmişdir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı