18 fevral 2024-cu il
Rusiyanın Aleksandrinski Teatrı Bakıda
1Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir. Memorandumu imzalayan İlham Əsgərov və Sergey Yemelyanov onun Azərbaycan və Rusiya mədəni əlaqələrinin inkişafındakı əhəmiyyətini qeyd edərək gələcək əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Memorandumun imzalanması mərasimindən sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovu İttifaqın «Sənətkar» medalı ilə təltif edib.
Memorandum çərçivəsində 19-21 fevral 2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiyanın Aleksandrinski Teatrı (Sankt-Peterburq), Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə ölkəmizdə xarici mütəxəssislərin ustad dərsləri keçirilir. Teatr sənəti üzrə tanınmış pedaqoq və aktyorların keçirdiyi dərslər Aleksandrinski Teatr Məktəbinin təhsil layihəsi çərçvəsində reallaşdırılır. Layihəyə RF Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov rəhbərlik edir.
Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə əyani üçgünlük intensiv proqramdan ibarətdir. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri SDU və RDSSİ-nin müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılacaq.
“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək