7-8-9 mart 2019-cu il
“Boş məkanın doğunluğu” teatr festivalın 7-ci, 8-ci, 9-cu günlərində oynanılan tamaşalar
“Boş məkanın doğunluğu” teatr festivalın 7-ci, 8-ci, 9-cu günlərində “Sevgi şimşəyi, Manqurt”, “Aktyor ədəbiyyətə qovuşanda”, “Duplet”, “İstədiyim kimi yaşayıram” və “Bir-iki, bizimki” tamaşaları göstərildi 7 mart saat 15.00-da “Sevgi şimşəyi” tamaşası oynanıldı. Dramaturq Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri və direktoru, Рespublikanın Əməkdar artisti İntiqam Soltandır. Tamaşa AzTXİ-nin böyük səhnəsində oynanıldı.
7 mart saat 18.00-dа «Manqurt» tamaşası ğöstərildi. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Babalıдыр. Tamaşa Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində oynanıldı.
8 mart saat 14.00-da “Aktyor əbədiyyətə qovuşanda” tamaşası oynanıldı. Janrı bir hissəli psixoloji dram kimi təyin olunmuş tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova çevirib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmovdur. Tamaşa AZTXİ-nin Mustafa Mərdanov səhnəsində ğöstərildi.
8 mart saat 19.00-да “Duplet” tamaşası oynanıldı. Gürcüstanın Kutaisi şəhərindən gəlmiş kollektiv festivalda V.Qavelin əsəri əsasında hazırlanmış “Duplet” tamaşasını təqdim etdi. Tamaşanın quruluşçu rejissoru Konstantin Abaşidzedir. Tamaşa AzTXİ-nin böyük səhnəsində oynanıldı.
9 mart saat 12.00-da “İstədiyim kimi yaşayıram” tamaşası ğöstərildi. Amerika yazıçısı V.Lyusun “Zelda” əsəri əsasında hazırlanan мonotamaşanın rejissoru Xalq artisti, professor Ağakişi Kazımovdur. Tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində oynanıldı.
9 мart saat 18.00-da “Bir-iki, bizimki” tamaşası oynanıldı. Yazıçı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əlif Cahangirlidir. Tamaşa Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində oynanıldı.