3-4 mart 2019-cu il
"Boş məkanın dolğunluğu" II Eksperimental Tamaşalar Festivalı davam edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən «Boş məkanın dolğunluğu» festivalı davam edir.
Festivalın 3-cü və 4-cü günlərində oynanılan tamaşalar «Açıq dənizdə», «Qara adam», «Səmavi» və «Unutmağa kimsə yox» tamaşalarıdır.
3 mart saat 14 00-da Polşa yazarı Slovamir Mrojekin eyniadlı əsəri əsasında hazırlanmış «Açıq dənizdə» tamaşasının quruluşçu rejissoru İsa Əsədovdur.
Tamaşada rolları Əməkdar artist Qurban Məsimov, aktyorlar Anar Seyfullayev və Manaf Dadaşov canlandırdılar. Tamaşa AzTXİ-nin böyük səhnəsində göstərildi.
3 mart saat 18:00-da “Human” Müstəqil Teatrı Sergey Yeseninin eyniadlı poeması əsasında hazırlanmış «Qara adam» monotamaşasını təqdim etdi. Tamaşanın rejissoru və ifaçısı Şamil İbrahimovdur. Tamaşa AzTXİ-nin böyük səhnəsində oynanıldı.
Sonra dörd gün ərzində oynanılan tamaşaların müzakirəsi aparıldı.
Tamaşaların yaradıcı heyəti ilə Ekspert Şurası üzvləri arasında maraqlı söhbətlər və müzakirələr aparıldı.
Ekspert Şurasının üzvləri - Vidadi Qafarov, Dağlar Yusifov, Samirə Behbudqızı, Gülcahan Mirməmməd, Fəridə Cəlilova və Nigar Pirimova tamaşaların müsbət və mənfi keyfiyyətləri haqqında ətraflı danışdılar.
4 mart saat 14:00-da müasir rus dramaturqları A.Şipanov və A.Abrosimovun «Səmavi və ya onun həyatından dörd saat» pyesi əsasında hazırlanmış «Səmavi» tamaşası təqdim olundu. “Səmavi” tamaşası rejissor və xoreoqraf Raulya Türkkanın və Rus Dram Teatrının aktrisası Milana Sokolenkonun teatr monolayihəsidir. Tamaşa Rus Dram Teatrının səhnəsində oynanıldı 4 Mart, 18:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanmış “Unutmağa kimsə yox” tamaşasını təqdim etdilər. Tamaşanın quruluşçu rejissoru qrupun kurs rəhbəri, Əməkdar artist Yaqut Paşazadədir.
Tamaşada ADMİU-nun 3-cü kurs «Dram teatrı və kino aktyorluğu» ixtisasının tələbələri çıxış etdilər. Tamaşa Az.TXİ-nin böyük səhnəsində oynanıldı.