7 yanvar 2026-cı il
TÜRKSOY daimi nümayəndəsi Elçin Qafarlı Azərbaycan Teatr Xadimləri İttifaqının qonağı olub
Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) daimi nümayəndəsi Elçin Qafarlı Azərbaycan Teatr Xadimləri İttifaqının qonağı olub.
Qonaqla səmimi şəraitdə keçən görüşdə İttifaq sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və sədr müavinləri, Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan mədəniyyətinin, o cümlədən teatrın bu günündən və gələcəyindən söhbət açıb, fikir mübadiləsi aparıblar.
Görüşdə Elçin Qafarlıya Azərbaycan Teatr Xadimləri İttifaqının üzvlük vəsiqəsi təqdim olunub, Xalq artisti Hacı İsmayılovun ömür yoluna həsr olunmuş kitab və İttifaqın fəaliyyətini əks etdirən kataloq hədiyyə edilib.
Elçin Qafarlı ona göstərilən diqqətə görə İttifaq rəhbərliyinə minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.

