17 aprel 2026-cı il
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş tamaşası
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Sumqayıt Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Ölməz" tamaşası təqdim olunub.
Tamaşa Mingəçevir Dövlət Dram Teatrında oynanılıb.
Səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, rejissoru Ümid Abbaszadədir.
Monotamaşada Sumqayıt Dövlət Dram Teatrının aktyoru Elay Xasıyev çıxış edib.
Səhnə əsərində Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı canlandırılıb.

