12 iyul 2025-ci il
“Əliqulu bu gün evlənir” (Sabit Rəhman) tamaşası oynanılıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aktrisa Rəsmiyyə Nurməmmədovanın yubileyi münasibəti ilə “Əliqulu bu gün evlənir” (Sabit Rəhman) tamaşası oynanılıb. Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan komediyanın dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti var.
Tamaşanın bəstəkarı - Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi - Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, quruluşçu dirijoru - Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri - Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri - Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı - Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.
Tamaşadan sonra Humay obrazının ifaçısı Rəsmiyyə Nurməmmədova milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunub.
Mükafatı İttifaqın sədr müavini İlham Namiq Kamal təqdim edib.