4 fevral 2026-ci il
Aktrisa Yasəmən Məmmədovanın yubileyi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Yasəmən Məmmədovanın yubileyi qeyd edilib. Teatrın kollektivi aktrisanı təbrik edib, ona ən xoş arzularını biıdiriblər.
Tədbirdə iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov yubilyarı İttifaqın "Qızılgül" mükafatı ilə təltif edib.
Çıxış edənlər Yasəmən xanımın ömür yolundan danışıb, ona yeni yaradıcılıq uğurları arzu ediblər.
Səmimi çıxışlara və xoş sözlərə görə Yasəmən Məmmədova tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

