8 iyul 2019-cu il
Ağdam Dövlət Dram Teatrının kollektivi ilə görüş.
Azərbaycan Teatr Xadimləri İttifaqı döyuş bölgələrində fəaliyyət göstərən teatrların şəraiti ilə tanış olmaq üçün 8 iyul 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında oldu. Teatrın direktoru Məhəmməd Hüseynov və kollektiv İttifaq nümayəndələrini hörmət və ehtiramla qarşıladı.
Nümayəndələr teatrın fəaliyyəti ilə maraqlandı, kollektivlə səmimi söhbətlər, mövcud probemlərin həlli istiqamətində məsləhətləşmələr apardılar. Cəbhə bölgələrində fəaliyyət göstərən teatrlara yardım məqsədi ilə tamaşalarda və tədbirlərdə istifadə edilməsi üçün bir sıra səhnə geyimləri İttifaq tərəfindən Ağdam Dövlət Dram Teatrına hədiyyə edildi.
Nümayəndə heyətinin başçısı, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Rafiq Əliyev teatrın kollektivi qarşısında səmimi çıxış edərək Azəbaycan teatr sənətinin inkişafı naminə çətin şəraitdə çalışan kollektivə yeni yaradıcılıq uğurları arzuladı.