>
previous arrow
next arrow
Slider
 
Slider

İdarə heyətinin üzvləri - Siyavuş Kərimi

İdarə heyətinin üzvləri

SİYAVUŞ KƏRİMİ

Siyavuş Əşrəf oğlu Kərimi 9 noyabr 1954-cü ildə Bakıda doğulmuşdur.

1961-1972 illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almış və görkəmli tarzən Əhsən Dadaşovun tar sinfini bitirmişdir. 1972-1977 illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdir. 1979-cü ildən  başlayaraq, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçi, Azkonsertin «Aşıqlar» ansamblında bədii rəhbər, «AzTR» estrada orketrində bədii rəhbər, «Cəngi» EFA-da musiqi rəhbəri vəzifəsində, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifəsində çalışmışdır. 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru, «Milli musiqinin tarixi və nəzəriyyəsi» kafedrasının professorudur.

Professor Siyavuş Kərimi «Saz məktəbi» dərsliyinin həmmüəllifi (A.Quliyev, M.Əliyevlə birlikdə), iki cilddən ibarət «Azərbaycan xalq mahnıları» məcmuəsinin tərtibçisidir. "Muğam ensiklopediya"sının "Azərbaycan xanəndələri" CD toplusunda "Gənc xanəndələr" bölməsinin səsyazısına rəhbərlik etmişdir.

Siyavuş Kətimi bir çox beynəlxalq miqyaslı musiqi lahiyələrinin müəllifidir. Azərbaycan – Norveç vokal musiqi lahiyəsi (2001), Azərbaycan və Cənubi Amerika musiqiçiləri ilə müştərək yaratdıqları «SALAM HOLA» Beynəlxalq lahiyəsi (2002) onun rəhbərliyi ilə uğurla həyata keçirilmişdir. Siyavuş Kərimi «Sarı gəlin», «Sonuncu döyüş», «Əlvida, cənub şəhərim», «Girov» və s. bədii filmlərə, 9 seriyadan ibarət «Heydər Əliyev» televiziya filminə, 2 animasiya filminə və 10-dan artıq teatr tamaşasına musiqi bəstələmişdir. Akademik Milli Dram Teatrının səhnəsində U.Şekspirin eyniadlı faciəsi əsasında hazırlanmış «Hamlet» tamaşasının musiqisinə görə 2003-cü ildə «Qızıl Dərviş» mükafatına, 2005-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülmüşdür.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı