02–09 oktyabr 2025-ci il
Azərbaycanlı gənclər Beynəlxalq Teatr Akustikası Məktəbində iştirak ediblər
Qazaxıstanın Astana şəhərində Azərbaycan Məmbətov adına Dram və Komediya Teatrında Beynəlxalq Teatr Akustikası Məktəbinin ikinci tədris sessiyası keçirilib. Sessiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın gənc teatr sənətçiləri iştirak ediblər.
Azərbaycanlı gənclər sessiyaya Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə qatılıblar. Ölkəmizi iki rejissor (Ayla Osmanova və Səbinə Məmmədzadə), bir dramaturq (İsmayıl İman), bir xoreoqraf (Niqar Şahmuradova) və dörd aktyor (Asya Atakişiyeva, Məmməd Əlilicanzadə, Emin Sevdimalıyev və Emil Rzayev) təmsil ediblər.
İştirakçılar beynəlxalq pedaqoqlar komandasının rəhbərliyi ilə yaradıcı qruplarda çalışıblar. Pedaqoqlar arasında Viktor Rıjakov, Aleksandr Plotnikov, Vladimir Qusev, Renat Taşimov, İqor Şaroyko və digərləri yer alıb.
İştirakçılar aparıcı rejissorlar və teatr sənəti müəllimlərinin mühazirələrini dinləyib, vokal, xoreoqrafiya, dramaturgiya və video-səhnəqrafiya üzrə ustad dərslərində iştirak ediblər.
09 oktyabr tarixində məktəbin dinləyicilərinin iştirakı ilə “Birdwatching” (“Quş müşahidəsi”) tamaşasının açıq nümayişi baş tutub. İştirakçılara sertifikatlar təqdim olunub.