13 iyul 2025-ci il
93-cü teatr mövsümünün bağlanış mərasimi və "Teatrın dostu" mükafatının təqdimat
Azərbaycan Dövlət Kukla Teatrında 93-cü teatr mövsümünün bağlanış mərasimi və Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibəti ilə "Teatrın dostu" mükafatının təqdimatı keçirilib.
Mərasimdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva, millət vəkilləri Jalə Əliyeva, Elnarə Akimova, Mədəniyyət Nazirliyinin nümayəndələri, Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qonaqları salamladıqdan sonra Azərbaycan Dövlət Kukla Teatrının ötən mövsümdəki fəaliyyəti barədə məlumat verib.
Tədbir millət vəkillərinə və media təmsilçilərinə "Teatrın dostu" mükafatının təqdimatı ilə davam edib.
Tədbirdə teatrın dörd əməkdaşı - Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə, dram artistləri Lina Məmmədova və Afət Zülfüqarova İttifaqın Fəxri fərmanı ilə təltif olunublar. Mükafatları İttifaqın sədr müavini İlham Namiq Kamal təqdim edib.