25 sentyabr 2025-ci il
Akademik Musiqili Teatrının balet artistləri mükafatlandırılıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası oynanılıb.
Alqışlarla qarşılanan tamaşanın sonunda Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal teatrın balet artistləri Roman Krasnov və Anna Cabbarovanı teatr sahəsində 20 illik səmərəli fəaliyyətləri münasibəti ilə təbrik edib, İttifaq və teatr rəhbərliyi tərəfindən verilən fəxri fərmanları sənətçilərə təqdim edib.