13 fevral 2026-cı il
Lənkəran Dövlət Dram Teatrı əməkdaşlarının yubileyləri qeyd olunub
O, Lənkəran Teatrının inkişafında xidmətləri olan yubilyarları təbrik edib, onların sənət yolundan, fədakar əməyindən danışıb.
Yubileydə teatrın sütunlarından sayılan, uzun illər ərzində yaratdığı parlaq obrazlarla seçilən Əməkdar artist Sucəddin Mirzəyevin peşəkar səhnə fəaliyyəti, Allahverən Babayevin özünəməxsus ifa tərzi, xarakterik personajları ilə sənətsevərlərin rəğbətini qazanmış sənətkar olduğu qeyd edilib.
Yubilyarlar sırasında teatrın əməkdaşı Rauf Zeynalov, direktor müavini Oruc Şərbətov, Strategiya və Kommunikasiya şöbəsinin müdiri Namiq Ağayevin də uğurlu fəaliyyəti vurğulanıb.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva İcra başçısı Taleh Qaraşovun təbriklərini çatdıraraq, yubilyarlara Fəxri fərmanlar təqdim edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov Sucəddin Mirzəyevi və Allahverən Babayevi İttifaqın “Teatr fədaisi” medalı ilə, Strategiya və Kommunikasiya şöbəsinin müdiri Namiq Ağayevi fəxri fərmanla təltif edərək mükafatın illərlə çəkilən zəhmətin rəmzi olduğunu bildirib.
Əməkdaşlar həmçinin Lənkəran Dövlət Dram Teatrının fəxri fərmanları ilə, diplom və qiymətli hədiyələrlə mükafatlandırılıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin rəhbəri, yazıçı-dramaturq Qafar Cəfərli çıxış edərək sənətkarların gənc nəsil üçün örnək olduğunu vurğulayıb.
Təltifetmə mərasimindən sonra tədbir iştirakçılarına “Şəhid bayrağı” tamaşası təqdim olunub.

