15, 16, 17 may 2019-cu il
AzTXİ-nın səhnəsində G.Figeyredonun «Ezop» tamaşası göstərildi
15, 16, 17 may 2019-cu il tarixlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatr sənəti» fakültəsi «Rejissorluq» ixtisasının əyani təhsilalma forması üzrə təhsil alan IV kurs tələbəsi Əkbərov Mir Qabil Qafil oğlunun diplom tamaşası oynanıldı.
G.Figeyredonun «Ezop» əsərini səhnəyə qoyan istedadlı tələbə Mir Qabil Əkbərov absurd, eksentrik yanaşmalardan istifadə edərək tamaşada insanlığın ən böyük problemi olan azadlıq probleminin işıqlandırılmasına nail ola bilib.
Tamaşanın quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı isə Aişə Həsənovadır. Kursun rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Rolları Anar Bulud, Orxan Bakinski, Pərvin Dadaşova, Ceyran Baxışova, Orxan Abışov, Azad Kərim ifa ediblər.