>
previous arrow
next arrow
Slider
 
14 iyul 2021-ci il

Xalq artisti Cənnət Səlimova Azərbaycan Teatr Xadimləri İttifaqının «QIZILGÜL» mükafatı ilə təltif olunma mərasimi

Xalq artisti Cənnət Səlimova Azərbaycan Teatr Xadimləri İttifaqının «QIZILGÜL» mükafatı ilə təltif olundu.

Mərasimdə İttifaqın İdarə heyətinin üzvləri və İttifaqın əməkdaşları iştirak etdilər.

İttifaqın Sədri, Xalq artisti Azər Paşa Nemətov Cənnət Səlimovanın Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən söz açdı, sənətkara «QIZILGÜL» mükafatını təqdim etdi.

Xalq artisti Siyavuş Kərimi Cənnət xanımın  teatr səhnəsinə bəxş etdiyi dəyərli sənət incilərindən söhbət açdı və ona yaradıcılıq uğurları arzuladı. Mərasim iştirakçıları Xalq artistləri Azər Zeynalov, Hacı İsmayılov, İlham Rəhimli, Vaqif Əsədov və digərləri təbriklərə qoşulub,   Cənnət Səlimovaya Azərbaycan mədəniyyətinin inkişafı naminə bundan sonrakı fəaliyyətində uğurlar arzuladılar.

Sonda Cənnət xanım ona  göstərilən diqqətə görə İttifaqın rəhbərliyinə, İdarə heyətinə  və kollektivinə təşəkkürünü bildirdi.

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı