30 oktyabr 2023-cü il
İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Nurlu ömrün anları" (İftixar Piriyev) tamaşası
«QONAQ TEATR» layihəsi çərçivəsində növbəti tamaşa göstərildi.
30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə keçirilən "QONAQ TEATR" layihəsi çərçivəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Nurlu ömrün anları" (İftixar Piriyev) tamaşası təqdim olundu.
Giriş sözü ilə tədbiri açan İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tamaşaçıları salamladı. O, İrəvan Teatrının tarixindən, keçdiyi zəngin inkişaf yolundan danışdı. Sonra söz İrəvan Teatrının aktyorlarına verildi. Aktyorlar Ulu Öndər Heydər Əliyevin ümumimilli liderlik fenomenini bəddi təcəssümlə canlandırdılar. Tamaşada həmçinin Ulu Öndərin müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, xalq, dövlət, ailə sevgisi tərənnüm olundu, onun layiqli davamçısı, cənab İlham Əliyevin ölkəmizin yüksəlişi naminə fəaliyyəti, 44 günlük Vətən Müharibəsinin Zəfər təntənəsi əks etdirildi.
Tamaşa alqışlarla qarşılandı. Sonda Xalq artisti Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə İrəvan Dövlət Azərbaycan Dram Teatrını İttifaqın Fəxri fərmanı ilə təltif etdi.