27 sentyabr 2024-cü il
Anım Günü ilə əlaqədar mərasim keçirildi
Azərbaycan Teatr Xadimləri İttifaqında Anım Günü ilə əlaqədar mərasim keçirildi. İttifaq əməkdaşlarının iştirakı ilə keçirilən mərasimin əvvəlində dövlət himni səsləndirildi.
Mərasimi İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açdı. O, bildirdi ki, "Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən hər il Anım Günü 44 günlük Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr tarixində qeyd edilir".
Azərbaycan Ordusunun şücaətindən söhbət açan Hacı İsmayılov şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu vurğuladı.
Mərasimdə çıxış edənlər: İttifaqın sədr müavinləri, Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Azad Şükürov, məsləhətçi-pedaqoq Məhəmməd Verdiyev 1-ci və 2-ci Qarabağ müharibələrindəki görüşlərdən, xatirələrdən, qəhrəman oğullarımızın Vətən sevgisindən söz açdılar. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah rəhmət eləsin.