10 mart 2017-ci il
Milli Teatr Günü münasibəti «ZAMAN və TEATR» adlı elmi-praktik konfrans keçirilmişdir
10 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Milli Teatr Günü münasibəti «ZAMAN və TEATR» adlı elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə Teatr Xadimləri İttifaqının Sədri Azər Paşa Nemətov açmış, Milli Teatr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və sözü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevə vermişdir.
Ədalət Vəliyev teatr xadimlərini Milli Teatr Günü münasibəti ilə təbrik etmiş, Azərbaycan teatrının keçdiyi möhtəşəm inkişaf yolundan söhbət açmışdır. Sonra söz Mədəniyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevaya verilmişdir. Fərəh xanım Milli Teatr Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etmiş, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Salamlama nitqindən sonra söz məruzəçilərə verilmişdir. Konfransda sənətşünaslar İlham Rəhimli «Zaman və Teatr», Məryəm Əlizadə «Teatr prosesi: Zamanın hərəkəti», Aydın Talıbzadə «Postdramatik teatrın zamanı teatr epoxasının sonu kimi», Vidadi Qafarov «Teatrın zamanı, zamanın teatrı», Aida Qafarova «Teatr Xadimləri İttifaqı zaman müstəvisində» adlı məruzələrlə çıxış etmişlər.