21 sentyabr 2025-ci il
Aktyor Kərəm Hadızadənin 60 illik yubileyi
21 sentyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadızadənin 60 illik yubileyi qeyd olunub.
Milli Gənc Tamaşaçılar Teatrında keçirilən yubileydə sənət adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər - Teatrın direktoru Naidə İsmayılzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva və yazıçı Azad Qaradərəli Kərəm Hadızadəni təbrik edib, onun yaradıcılıq yolundan, milli teatr sənəti sahəsində fədakar xidmətlərindən danışıblar.
Kərəm Hadızadə Azərbaycan Teatr Xadimləri İttifaqının və Milli Gənc Tamaşaçılar Teatrının Fəxri fərmanları ilə təltif olunub.
Təbriklərdən və mükafatlandırma mərasimindən sonra, Müşfiq Əliyevin quruluşunda, aktyorun yubileyinə həsr olunmuş “35 ildən sonra” tamaşası təqdim olunub.
Tamaşa alqışlarla qarşılanıb.
Sonda xatirə şəkilləri çəkilib.