5 noyabr 2026-cı il
Əməkdar artist Şəfəq Əliyeva təltif edilib
Azərbaycan Respublikasının Əməkdar artisti Şəfəq Əliyevanın yubileyi qeyd olunub. Milli Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə teatrın rəhbərliyi və aktrisanın sənət dostları iştirak ediblər.
Yubiley mərasimində çıxış edənlər Şəfəq Əliyevanın yaradıcılıq yolundan, onun teatr və kino sənətindəki xidmətlərindən danışıb, aktrisanı yubileyi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Mərasimdə iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal Şəfəq Əliyevaya İttifaqın "Teatr fədaisi" medalını təqdim edib.

